Dollar, əsas neft ölkələrinin sürpriz qərarından sonra bahalaşır
Əsas neft istehsalçılarının hasilatı daha da azaltmaq barədə gözlənilməz qərarlar açıqlamalarından sonra inflyasiya ilə bağlı qorxular yenidən üzə çıxıb. FED növbəti iclasında faiz dərəcələrini artırmalı ola bilər.OPEC+un üzvü olan əsas neft ölkələrinin hasilatlarını könüllü olaraq azaldacaqları barədə sürpriz qərarlarından sonra, ABŞ Dolları yenidən bahalaşır. qərar nefti bahalaşdırdığı üçün inflyasiya narahatlıqları yenidən artıb və bu ABŞ Mərkəzi Bankının (FED) növbəti iclasında faiz dərəcələrini daha da artırmasına səbəb ola bilər.
Marja xəbər verir ki. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və onun müttəfiqlərinin açıqlaması cümə günü ABŞ-da istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) fevral ayında bəzi soyuma əlamətlərini göstərməsindən sonra bəyan edilib.
Dollar Avro, Yapon yeni, Sterlinq daxil əsas valyutalar qarşısında dəyər qazanıb.
Dollar İndeksi 0,5% artaraq 103 bəndə çatıb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
OPEC+un ixtisarları bazar ertəsi neftin qiymətinin 6% artmasına səbəb olub. Neftin qiyməti bu gecə 86,20 dolları görüb.
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.Bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
28 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























