İqtisadiyyat Nazirliyində italiyanlar ilə görüş keçirilib
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, qeyri-neft sektoru sahəsində əməkdaşlığın şaxələndirilməsi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşündə qarşılıqlı faydalı münasibətlərin dinamik inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən tədbirlərin tərəfdaşlığın, habelə, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində rolu vurğulanıb. Qeyd edilib ki, neft-qaz sahəsində uğurla əməkdaşlıq edən Azərbaycan və İtaliyanın qeyri-neft-qaz sektorunda da əlaqələrinin inkişafı üçün böyük potensial var. Bu baxımdan, “yaşıl” və bərpa olunan enerji, aqrar sənaye, metallurgiya, telekommunikasiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar diqqətə çatdırılıb, müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrin möhkəmlənməsində özəl sektorun önəmli rolu vurğulanıb.
Tədbirdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan şərait, ölkəmizin tranzit potensialı barədə məlumat verilib, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə italyan şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb. Bununla yanaşı, Bakı Gəmiqayırma Zavodunun imkanlarının da İtaliya şirkətləri üçün cəlbedici ola biləcəyi qeyd edilib.
Edmondo Çirielli İtaliya-Azərbaycan strateji əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, italyan şirkətlərinin Azərbaycanın biznes mühitində fəal təmsil olunmağa, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya və biznes layihələrində iştiraka marağını ifadə edib.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















