Azərbaycanda “FAİRY” yuyucu vasitəsinin qablaşdırma forması üstündə mübahisə yaranıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “The Procter & Gamble Company” şirkətinin nümayəndəsi İlqar Ələkbərovun ərizəsi əsasında “İstanbul Temizlik ve Kozmetik” MMC haqqında iş qaldırıb.
Marja.az-ın əldə etdiyi məlumata görə, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
İlqar Ələkbərov iddia edir ki, “İstanbul Temizlik ve Kozmetik” MMC şirkəti “The Procter & Gamble Company” şirkətinə məxsus “FAİRY” adlı yuyucu vasitəsinin qablaşdırma formasından qanunsuz istifadə edir.
Dövlət Xidməti tərəfindən, “The Procter & Gamble Company” şirkətinin etibarnamə əsasında nümayəndəsi İlqar Ələkbərovun “The Procter & Gamble Company” şirkətinə məxsus “FAİRY” adlı yuyucu vasitəsinin qablaşdırma formasından “İstanbul Temizlik ve Kozmetik” MMC tərəfindən qanunsuz istifadə edilməsi barədə araşdırma aparılır.
İşə 18.04.2023-cü il tarixində baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















