Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.
Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə edilən məlumatlarda müalicə prosesinin davam etdirildiyi, durumunun günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.
Belə ki, 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Həmçinin qeyd edilib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.
Artıq o da məlum olub ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam ifşa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin də təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.
Ötən gün yayılan məlumatlara əsasən isə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində Səbail rayon Məhkəməsində keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
-
- 47 d. əvvəl
-
50 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
2 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
3 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub


























