Daha bir nüfuzlu bank Türk lirəsinin ucuzlaşacağını proqnozlaşdırdı - DOLLAR...
Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri olan HSBC, Türkiyədə seçkilərin necə yekunlaşacağından asılı olmayaraq türk lirəsinin ucuzlaşacağını proqnozlaşdırıb. Bank il sonu dollar/Türk Lirəsi üzrə proqnozunu 21 türk lirəsindən 24 türk lirəsinə yüksəldib.Xarici banklar Türkiyədəki seçkilər (prezident və parlament) və seçkidən sonrakı dövr üzrə təhlilərini və USD/TL (Dollar/Türk Lirəsi) proqnozlarını açıqlayırlar.
Marja.az xəbər verir ki, qlobal bank Morgan Stanley kimi, Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri olan HSBC də seçkilərin nəticəsindən asılı olmayaraq türk lirəsinin zəifləməsinin mümkün olduğuna diqqət çəkib.
HSBC-nin strateqləri tərəfindən yazılan hesabatda qeyd edilib ki, pisləşən təməllər və TL-nin xeyli müddətdir süni yollarla sabit saxlanıldığı əlamətləri məzənnədə daha geniş korreksiyaya səbəb ola bilər.
Bu qiymətləndirməsi ilə Bank 2023-cü ilin sonu üçün dollar/Türk Lirəsi proqnozunu 21-dən 24-ə yüksəldib.
Hesabatda, prezident və parlament seçkilərinin iqtisadiyyat və pul siyasətində türk lirəsinin orta və uzunmüddətli perspektivində təsirli ola biləcək dəyişikliklər yarada biləcəyi vurğulanıb.
Türk lirəsinin tsiklik və struktur zəifliklərinin göz önündə olduğuna diqqət çəkən qlobal bank, bir çox əvvəlki hesabatlarda da vurğulandığı kimi, yüksək mənfi real faiz dərəcələri, yüksək cari əməliyyat kəsiri, nizamlı kapital axınının olmaması, aşağı valyuta ehtiyatları və bunlar ilə bağlı risklərin olduğunu bildirib. Türk lirəsi üçün əsas problemlər lirələşdirmə siyasətinin davamlılığıdır.
HSBC 2023-cü ilin ikinci rübü üçün dollar/TL üzrə proqnozunu 19,5 lirədən 20 lirəyə yüksəldib. Üçüncü rübün sonu üçün Bankın dollar/TL gözləntisi 20-dən 23-ə yüksəlib. İl sonu USD/TL proqnozu isə 21-dən 24-ə qaldırılıb.
Türkiyədə ötən ilin avqust ayından etibarən inflyasiyanın əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, nominal effektiv məzənnənin 6,5 faiz azalmasının məzənnə ilə inflyasiya arasındakı dinamikada güclü fərqlərə işarə etdiyi vurğulanıb.
Hesabatda, “TL-nin cari ədalətli dəyər diapazonundan 30-45% kənara çıxdığını fərz etsək, dollar/TL 24-27 aralığına qalxmalı olacaq. TL-nin zəif təməllərini nəzərə alaraq, dollar/TL il sonu proqnozumuzu 21-dən 24-ə düzəldirik", - bildirilir.
Zəlzələdən sonra Türk Lirəsi (TL) 2,2 faiz dəyər itirib
Qeyd edək ki, seçkilər yaxınlaşdıqca TL-nin dəyərdən düşməsi zəlzələdən əvvəlki dövrlə müqayisədə gündəlik olaraq bir qədər sürətlənib. Fevralın 6-da baş verən zəlzələdən sonra iki ayda lirə 2,2 faiz dəyər itirib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
33 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























