Avro və qızıl daha da bahalaşa bilər - BİRJALARDA SON VƏZİYYƏT
Ötən həftənin sonu Amerikada proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra bu həftə diqqətlər ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları investorların diqqət mərkəzində olacaq.
Çərşənbə günü Amerikada açıqlanacaq mart ayı üçün inflyasiya rəqəmləri, qiymət təzyiqlərinin FED-in daha aqressiv faiz artımlarına olan iştahını azaldıb azaltmayacağınını görmək üçün yaxından izləniləcək.
Analitiklər İstehlak Qiymətlərinin Baza İndeksinin aylıq müqayisədə 0.4%-ə, illik müqayisədə isə 5.6%-ə yüksələcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, inflyasiya rəqəmləri ABŞ-da proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra açıqlanacaq. Bu isə maliyyə sabitliyi risklərinin necə dəyişcəyinə işıq tutacağı üçün FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrinin növbəti dəfə artırılıb artırılmayacağına dair gözləntiləri müəyyənləşdirə bilər.
Çərşənbə günü “FOMC”-un mart iclasının protokolları dərc olunacaq. Protokollarda FED rəsmilərinin açıqlamalarında monetar siyasətin daha da sərtləşdirilməsi meylləri və maliyyə sisteminin dayanıqlığı ilə bağlı ipucları axtarılacaq.
Cümə günü isə mart ayı üçün İstehsal Qiymətləri İndeksi, Pərakəndə Satış Dövriyyəsi kimi önəmli iqtisadi göstəricilər dərc olunacaq.
Həftə ərzində Nyu-York FED-in sədri Con Uilyams, Filadelfiya FED-in sədr Patrik Harker, Minneapolis FED-in sədri Nil Kaşkari və Riçmond FED-in sədri Tomas Barkin də daxil olmaqla bir neçə FED rəsmisinin çıxışları da investorların diqqət mərkəzində olacaq.
EUR
Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EURUSD məzənnəsində qiymət 1.09$ üzərində möhkəmlənərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər.
GBP
Ötən həftəni 1.24$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair göstəricilər və İngiltərə Mərkəzi Bankının sədri Endyu Beylinin çıxışları ciddi təsir edə bilər.
GOLD
Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2031$-a kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2007$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə Amarikada açıqlanacaq inflyasiya göstəriciləri və “FOMC”-un son toplantısının protokolları, eləcə də Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İngiltərədə yayımlanacaq ÜDM-in həcminə dair rəqəmlər və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2010$ həddinin üzərində möhkəmlənə bilsə, 2025$-a və 2032$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 20 d. əvvəl
- 44 d. əvvəl
-
53 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
57 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin







.jpg)







.jpg)




