Rusiya Mərkəzi Bankı rublun hazırkı ucuzlaşmasını izah edib
Rusiyanın ixracının azalması, idxalının isə atması Rublu zəiflədir."Rublun hazırkı zəifləməsi Rusiyanın ixrac gəlirlərinin aşağı nöqtəsini keçməsinin nəticəsidir".
Marja xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin bildirib.
Bir ABŞ dollarının qiyməti, yanvarın 13-də Moskva birjasında keçirilən hərracda minimum 67,1 rubl, aprelin 7-də isə maksimum 83,5 rubl olaraq qeydə alınıb.
"Fakt budur ki, həqiqətən də ixrac gəlirləri azalıb və bunun səbəbi ixrac gəlirlərinin satış həcmini və satış qiymətindəki geriləməni izləməsidir. Çünki biz bu gün mal göndəririk, ixrac gəlirləri iki və ya üç ay sonra gəlir. Hesablaşma texnologiyası məhz belə təşkil olunub”, - Zabotkin Rusiya Bankının 2022-ci il üçün illik hesabatının Dövlət Dumasının baxılmasına hazırlıq üzrə işçi qrupunun iclasında deyib.
O qeyd edib ki, bu gün müşahidə olunan ixrac gəlirlərinin axını dekabrın sonu - yanvarın əvvəllərində neft və qazla bağlı qiymətləri və ixrac həcmlərindəki vəziyyəti əks etdirir.
"Eyni zamanda, bildiyimiz kimi idxal, istehsal zəncirlərinin bərpası zərurəti ilə bağlı və digər səbəblər ilə əlaqədar olaraq durmadan artır”, - deyə Mərkəzi Bankın sədr müavini çıxışına davam edib.
Rusiya Mərkəzi Bankının sədr müavini əlavə edib ki, fevral ayında neft məhsullarına tavanın tətbiqi ilə bağlı bir qədər aşağı nöqtəni keçdikdən sonra ixrac gəlirləri bərpa olunmağa başlayacaq.
Bu gün də rubl dollar, yuan və avroya qarşı ucuzlaşır. Bakı vaxtı ilə saat 13.10-a Moskva Birjasının məlumatlarına görə, dollar 87 qəpik bahalaşaraq 82 rubla, avro 56 qəpik bahalaşaraq 89,47 rubla, yuan 9 qəpik bahalaşaraq 11,9 rubla yüksəlib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























