"Məhdudiyyətlər yumşaldılsa Türk Lirəsi 12 faiz bahalaşacaq"
Citi: Maliyyə bazarlarında və kapitala tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının və Türkiyənin risk mükafatının yaxşılaşmasının təsiri ilə türk lirəsi 1 il ərzində 12% bahalaşa bilər.Türkiyədə 14 mayda keçiriləcək seçkilərdən sonrakı məzənnə və uçot dərəcəsi ilə bağlı xarici qurumların qiymətləndirmələri davam edir.
Marja xəbər verir ki, növbəti qiymətləndirmə qlobal maliyyə xidmətləri şirkəti və bank olan Citi tərəfindən aparılıb.
Citi iqtisadçıları, 2023-cü ilin 3-cü rüb və 4-cü rüb üçün Türkiyə Mərkəzi Bankının faizinə dair proqnozlarının müvafiq olaraq 25,5% və 27% səviyyəsində olduğunu bildiriblər.
Citi iqtisadçıları, Türkiyədə mərkəzi bankın pul siyasəti faizini (uçot dərəcəsini) təxminən 40% və ya daha yüksək səviyyəyə qaldırmasının daha ehtiyatlı və effektli bir hərəkət olacağını qeyd ediblər.
May ayında keçirilən seçkilərdən sonra türk lirəsinin mümkün dəyəri ilə bağlı Bankın iqtisadçıları bildiriblər ki, maliyyə bazarları ilə bağlı mövcud tələblərin tədricən yumşaldılması halında korreksiya mümkündür.
Citi iqtisadçıları qeyd ediblər ediblər ki, valyuta bazarındakı balanssızlıq daha çox kapitalın hərəkətinə tətbiq edilən məhdudiyyətlər ilə bağlıdır. Bu məhdudiyyətlərin yumşaldılması ilə Türkiyənin risk mükafatında proqnozlaşdırılan yaxşılaşma bir il ərzində Türk Lirənin təxminən 12 faiz bahalaşmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
28 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























