“AzİnTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan “Çekino Group” ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında keçirilən görüşdə “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov ilə “Çekino Group” şirkətinin baş direktoru Erol Yılmaz satış və əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, “Çekino Group” şirkətinə məxsus olan və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən “Guardian” məhsulunun Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Şirkətin baş direktoru Erol Yılmaz bildirib ki, təhlükəsizlik və digər sahələr üzrə təklif etdikləri məhsul, xidmət və layihələr çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. E.Yılmaz Azərbaycanda rəqəmsal transformasiya prinsipini mənimsəyən “AzInTelecom” MMC ilə əməkdaşlıq sayəsində yaxşı nəticələr əldə edəcəklərinə inandığını qeyd edib.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























