"Ziraat Bank Azərbaycan" Türkiyədə təbii fəlakətdən əziyyət çəkənlərə ümumi 500 000 ABŞ dolları ianə etdi!
(®) Türkiyə Respublikasının cənub-şərqində bu ilin fevral ayında baş vermiş təbii fəlakət nəticəsində meydana gəlmiş dağıntıların aradan qaldırılması üçün işlər davam edir. Zəlzələnin ağır fəsadlarının aradan qaldırılmasına dəstək vermək məqsədi ilə Ziraat Bank Azərbaycan zərərçəkənlərə yardım üçün AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi) fonduna əlavə 400 000 ABŞ dolları köçürərək ümumilikdə ianə edilmiş məbləği 500 000 ABŞ dollarına çatdırdı.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan təbii fəlakətin baş verdiyi ilk gündən etibarən ölkə vətəndaşları tərəfindən “AFAD” hesabına edilən yardımların operativ və komissiyasız icra edilməsini təmin etmişdir. Həmçinin Bank həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar hazırlayaraq sosial media kanallarında paylaşıb. Eyni zamanda Ziraat Bank Azərbaycan “AFAD” qurumunun Azərbaycanda rəsmi hesab açmasına dəstək verərək ianələrin daha sürətli və rahat çatdırılmasına vasitəçi olub. Maddi yardımla yanaşı humanitar yardımda da iştirak edən Bank, əməkdaşları tərəfindən toplanılan yardımların təhvil verilməsində öz dəstəyini göstərib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























