“Fəhlədən İnkişaf” layihəsinin iştirakçıları mütəxəssis vəzifələrinə yüksəlib
Bu layihə 72 nəfər əməkdaşın karyerasında dönüş nöqtəsi olub.(®) Veysəloğlu Şirkətlər Qrupu karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə “Fəhlədən İnkişaf” (FİL) layihəsi həyata keçirir. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
İndiyə qədər layihədə iştirak edən 72 əməkdaş şirkətdə müxtəlif sahələr üzrə mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələrə yüksəlib.
“Müasir biznes dünyasında əməkdaşların iş yerində görmək istədikləri ən vacib amillərdən biri onlara karyera inkişafları ilə bağlı fürsətlərdir. İnsan resursları komandamız bunu nəzər alaraq “Fəhlədən İnkişaf” layihəsinə başladı. Bu layihə ilə əməkdaşlarımıza karyeralarında yeni üfüqlər açaraq onlara arzuladıqları sahədə fəaliyyət göstərmələri üçün dəstək göstəririk. Məqsədlərimizdən biri də Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirməkdir”,- deyə layihə koordinatoru Həsən Məmmədli bildirib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Növbəti mərhələdə poqramı tamamlamış əməkdaşlar müxtəlif sahələr üzrə mütəxəssis vəzifələrinə sahib ola bilirlər.
Veysəloğlu Şirkətlər Qrupu (www.veyseloglu.az) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












