Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin jurnalistləri üçün keçirilən təlimlərin bağlanış mərasimi baş tutub
Aprelin 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin bağlanış mərasimi baş tutub.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu qeyd edərək vurğulayıb ki, bu kimi təlimlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında media sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlərə münasibətdə həmrəy informasiya müstəvisinin yaradılmasına, həmçinin media sahəsində yeni trendin başlanğıcına töhfə verəcəkdir.
Bir həftə davam edən proqram çərçivəsində jurnalistlər və media mütəxəssisləri üçün ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva, xarici ekspert Ornella Ramasauskaite, “ASAN Radio”nun direktoru Emin Musavi, Ankara Universitetinin Kommunikasiya fakültəsinin dekan müavini Şafak Dikmen, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, əməkdar jurnalist Rəhman Hacıyev tərəfindən “Müasir qlobal media trendləri”, “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi”, “Ənənəvi medianın çətinlikləri və imkanları”, “Sosial media alətləri ilə işləmək”, “Çap mediasında ənənəvi medianın çətinlikləri və imkanları” və s. kimi mövzularda təlimlər keçirilib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























