“TuranBank” zərər ilə kapitalını itirməkdə davam edir
“TuranBank” ASC 2017-ci ilin birinci yarısını 948 min manat zərər ilə başa vurub.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində Bankın cəmi faiz və qeyri faiz gəlirləri 17 milyon 657 min manat, xərcləri isə 17 milyon 548 min manat təşkil edib. Nəticədə bank 109 min manat əməliyyat mənfəəti əldə edib. “TuranBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 57 min manat ayırdığından ili 948 min manat zərər ilə yarılayıb.
MƏCMU KAPİTALI AZALIB
Bank 30 İyun 2017-ci il tarixində 68 milyon 551 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 69 milyon 363 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın azalması zərər ilə bağlıdır.
“TuranBank” 2016-cı ili 1 milyon 398 min manat zərər ilə başa vurmuşdu.
AKTİVLƏRİ AZALIB
30.06.2017-ci il tarixində “TuranBank” ASC 521 milyon 481 min manat cəmi aktivlərə, 462 milyon 573 min manat cəmi öhdəliklərə və 58 milyon 908 min manat cəmi kapitala malik olub.
Bank 2016-cı ilin sonunda 528 milyon 222 min manat cəmi aktivlərə, 468 milyon 987 min manat cəmi öhdəliklərə və 59 milyon 235 min cəmi balan kapitalına malik idi.
Müqayisə olunan dövrdə Bankın kredit portfeli 282 milyon 486 min manatdan 284 milyon 244 min manata, müştərilərin depozitləri isə 226 milyon 177 min manatdan 260 milyon 776 min manata artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
























