"Azərbaycanda iqtisadi artımın yavaşlaması Mərkəzi Bankın faiz artırması ilə bağlı deyil"
Taleh Kazımov: Mərkəzi Bank tərəfindən faizlərin artırılması istiqamətində qəbul edilmiş qərarlar bankların kredit portfelinin artım tempinin bir qədər aşağı düşməsinə səbəb olub.
Dövlət Statistik Komitəsinin məlumatına görə, bu il Azərbaycanda iqtisadi artım zəifləyib. 2023-cü ilin yanvar-mart dövründə ümumi daxili məhsul (ÜDM) 0,4% artıb. Cari ilin yanvar-fevral dövründə də ÜDM-in artımı 0,4% təşkil etmişdi. Azərbaycan Mərkəzi Bankı son bir ildə faizlərini bir neçə dəfə artırıb. Bu gün də Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 9%-ə çatdırıb.
Mərkəzi Bankda keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov Marja-nın sualına cavab olaraq bildirib ki, bugün ölkədə iqtisadi artımın tempinin aşağı düşməsi Mərkəzi Bankın uçot dərəsini artırması ilə birbaşa bağlı deyil.
"Mən açığını deyim - hazırda uçot dərəsinin dəyişdirilməsinin iqtisadi artımın səngiməsinə birbaşa təsiri yoxdur",- Sədr bildirib.
Taleh Kazımov qeyd edib ki, faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı islahatlar aparır. İlk növbədə Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarları ilə banklararası təminatsız pul bazarına təsir etməyi hədəfləyir. Qəbul edilən sərt qərarlar nəticəsində banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxıb. Bu istiqamətdə hədəflərə nail olmaq, daha sonra faiz aləti ilə ümumi tələb və təklifə təsir etmək nəzərdə tutulur. Bu hədəflərə tam nail olunsa, faiz dərəcəsi barədə qəbul edilən qərarların iqtisadi fəaliyyətə təsiri yüksələcəkdir.
Taleh Kazımov əlavə edib ki, ötən ilin sentyabr ayından ötən dövrdə faizlərin artırılması üzrə qəbul edilmiş qərarlar bankların kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artım tempinin bir qədər aşağı düşməsinə səbəb olub.
Mərkəzi Bank hesab edir ki, ilin əvvəlində iqtisadi fəaliyyətdəki zəiflik müvəqqətidir, qarşıdakı dövrdə iqtisadiyyatda canlanma gözlənilir. Mərkəzi Bank 2023-cü ildə qeyri-neft sektorunda məhsul istehsalının 6% civarında artacağını gözləyir.
Dövlət Statistik Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılmışdır.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladı
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur
-
13 saat əvvəl
Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
-
13 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
-
13 saat əvvəl
Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
- 13 saat əvvəl
-
14 saat əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
14 saat əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
14 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub

Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
Ən çox oxunanlar

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
