Türk lirəsi ilə bağlı iki ssenari və iki proqnoz - DOLLAR 30 LİRƏ OLA BİLƏR
Türkiyədə seçkilərdən sonra güclü və mötədil ortodoks pul siyasəti ssenarisinə görə, JPMorgan dollar/TL üçün iki fərqli proqnoz açıqlayıb.Qlobal bank JPMorgan, 14 May seçkilərindən sonra "ortodoksal siyasətlərə güclü bağlılıq" baş verərsə, "MSCI Turkey" indeksinin dollar ifadəsində 74% yüksəliş potensialına sahib olacağını və "ortadoksal siyasətə orta qayıdış" vəziyyətində 29% azalma ehtimalının olacağını proqnozlaşdırır.
Ortodoksal siyasətlər - iqtisadiyyat sahəsində ənənələrdən və ümumi qəbul edilmiş baxışlardan ibarət olan təcrübələrə deyilir. Ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasət ortodoksal iqtisadi siyasət adlanır. Heterodoks siyasətlər - iqtisadiyyat sahəsində ənənəvi baxış və yanaşmalardan kənar tətbiqləri üçün istifadə olunur. Hazırda Türkiyədə tətbiq edilən bir çox siyasətlər heterodoksdur.
Marja xəbər verir ki, JPMorgan-ın strateqləri David Aserkoff və İnqa Q. Galeni tərəfindən hazırlanmış 2 may tarixli hesabatda, Dollar/Türk Lirəsi proqnozları - “güclü ortodoks siyasət” ssenarisində 25 lirə, “mülayim ortodoks siyasət ssenarisi”ndə isə 30 lirə səviyyəsində proqnozlaşdırılıb.
JPMorgan aprelin ortalarında dərc etdiyi hesabatında, seçkidən sonra üçün ssenarilərində ortodoks siyasətlər geri qaytarılsa belə, yüksək volatillik səbəbindən TL-də ucuzlaşma gözlədiklərini bildirmişdi. Bank, şirkətlərin valyuta tələbi və Mərkəzi Bankın ehtiyatlarını artırmaq planları kimi amillər ilə Dollar/TL-nin 24-25 lirə səviyyələrinə yüksələ biləcəyini qeyd etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























