Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu-2023” baş tutdu
Lider mobil operator yarışın qaliblərini mükafatlandırdıMay ayının 7-si Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu – 2023” baş tutdu. 19500 idmansevər “Küləyə qalib gəl” şüarı altında həyata keçən, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan bu yarışa qatıldı. Həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafonçuları bir araya gətirən tədbirdə yarışçılar 21 kilometr məsafəni qət etdi.
Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.
Azercell idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə 2017-ci ildən etibarən bu mötəbər tədbirə tərəfdaşlıq edir. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.
“Azercell Telekom” azərbaycanlı qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator finiş xəttini keçən ilk üç qadın və üç kişi atletə mobil telefon hədiyyə etdi. Ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçıları da diqqət mərkəzində oldu. Azercell qalib tələbələrə (bir qadın və 1 kişi olmaqla) 010 prefiksli gözəl nömrə, 5GB İnternet, 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOl” tarif paketi və çanta təqdim etdi. Digər marafonçulara da şirkət tərəfindən xüsusi hədiyyələr verildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
- 3 d. əvvəl
-
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























