“PAŞA Bank” “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsini elan edir
(®) Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, yaradıcı şəxslərin gələcəyə baxışlarını sərgilədikləri rəqəmsal incəsənət müsabiqəsini elan edir.
Müasir Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın firavan gələcəyi ilə bağlı arzularının real dövrdə gerçəkləşdiyinin şahidiyik. Dahi liderin uzaqgörən siyasət və müasir təfəkküründən ilhamlanaraq “PAŞA Bank”, yaradıcı şəxsləri ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə çağırır.
Odur ki, “PAŞA Bank” müsabiqə çərçivəsində iştirakçılardan təxəyyüllərinə sərhəd qoymadan, “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsinə qoşulmağa, gələcək Azərbaycana dair yanaşmalarını vizuallaşdırmağa dəvət edir.
Müsabiqənin şərtlərinə əsasən iştirakçılardan yaratdıqları əsərləri 10 may – 10 iyun tarixləri arasında təqdim etmələri tələb olunur. Tələblərə uyğun gələn əsərlər Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İlk 3 yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN, 1000 AZN dəyərində mükafat ilə təltif olunacaqlar.
Müsabiqə haqqında ətraflı məlumatı https://contest.pashabank.az veb-saytından əldə etmək mümkündür.
“PAŞA Bank”, fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyən “PAŞA Bank”, hər kəsi müsabiqəyə qatılmağa və öz yaradıcı potensialını sərgiləməyə səsləyir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























