HONOR yeni Magic5 Pro smartfonunu Azərbaycanda təqdim etdi - QİYMƏT
HONOR Magic5 Pro-nun (12GB+512GB) qiyməti 2499,99 manat təşkil edəcək. Rəsmi satış mayın 19-dan başlaycaq.(®) Mayın 11-də qlobal texnologiya brendi HONOR, Four Seasons Hotel Baku-da texnologiyaya yeni insan mərkəzli yanaşması olan “Tech to Inspire”ı təqdim edib.
HONOR tədbiri Azərbaycanda moda və mədəniyyət jurnalı çərçivəsindən kənara çıxan, mədəni və sosial yönümlü jurnala çevrilmiş, bir çox mühüm təşkilatları və Azərbaycanın gələcəyinə töhfə verən təşəbbüsləri dəstəkləyən NARGİS jurnalı ilə birgə keçirib
Tədbir zamanı HONOR ən son flaqman modeli olan HONOR Magic5 Pro-nu təqdim edilib. Bu, bütün dünyada istifadəçilər üçün əsl flaqman smartfon təcrübəsi yaşadan uğurlu HONOR Magic Series-in ən son iterasiyasıdır. Və bu, Azərbaycanda satışa çıxan ilk Magic Series modelidir. Tədbir həm də xeyriyyə xarakteri daşıyıb, NARGIS jurnalının komandası HONOR Magic5 Pro smartfonu ilə 10 şəkil çəkərək qonaqlara təqdim edərək satışa çıxarıb. Əsərlərin satışından toplanan bütün vəsait ehtiyacı olan uşaqlar üçün NARGIS Fonduna köçürülüb.
HONOR-un Azərbaycan üzrə icraçı direktoru Şon Mao bildirib: “Müştərilərin real ehtiyaclarını qarşılamağa sadiq olan HONOR, hər kəsin gündəlik həyatını yaxşılaşdırmaq üçün intuitiv texnoloji həllər təklif edərək məhsul innovasiyasına insan mərkəzli yanaşmanı mənimsəyir. Ən sonuncu, hərtərəfli flaqman cihazımız HONOR Magic5 Pro, hamı üçün daha ağıllı həyat təmin etmək missiyamıza uyğun olaraq, smartfon istifadəçi təcrübəsinin bütün aspektlərində sənaye meyarlarını irəli sürür.”
Yeni Ekran Parlaqlığını Artırma Texnologiyalı HONOR Magic5 1800 nit-ə qədər parlaqlıq səviyyəsi ilə hətta parlaq günəş işığı altında belə aydın görüntülər təqdim edir. Əlavə olaraq, LTPO displeyləri təkmilləşdirilmiş yuxu keyfiyyəti üçün innovativ göz rahatlığı xüsusiyyətlərində 2160Hz Pulse Width Modulation (PWM) Dimming texnologiyası və Circadian Gecə Ekranı ilə gəlir. Qeyri-adi displeyi ilə HONOR Magic5 Pro DXOMARK Smartphone Display Renking-də 151 bal ilə 1-ci yeri tutub.
Misilsiz foto təcrübəsi gətirən HONOR Magic5 Pro 50MP Geniş və 50MP Ultra Geniş Kamera, həm də 50MP Telefoto Kamerasından ibarət güclü Üçlü Əsas Kamera birləşməsinə malikdir. HONOR Magic5 Pro, həm də ilk dəfə yepyeni Millisecond Falcon Capture alqoritmini təqdim edir. Bundan əlavə, HONOR Magic5, sıçrayışın zirvəsindəki kadrı son dərəcə yüksək dəqiqliklə çəkə bilən AI Motion Sensing Capture funksiyasına da malikdir. HONOR Magic5 Pro Sİ təchiz edilərək təkmilləşdirilmiş HONOR Image Engine və güclü Star Wheel Triple Camera kombinasiyası ilə 152 bal toplayıb DXOMARK Smartphone Camera Renking-də 1-ci mövqe tutan ilk smartfon olub.
HONOR Magic5 Pro ən son Snapdragon® 8 Gen 2 Mobil Platforması ilə təchiz edilib və Android 13 əsasında ən son MagicOS 7.1 əməliyyat sistemi ilə işləyir. 66W Simli və 50W Simsiz HONOR SuperCharge-ni dəstəkləyən HONOR Magic5 Pro tam 5100 mAh tutumlu, fasiləsiz istifadəylə təmin edən super böyük batareyaya malikdir.
Rəng, Qiymət və Əlçatanlıq
HONOR Magic5 Pro təbiətin möcüzəsindən ilhamlanaraq Qara və Çəmən yaşılı rənglərində mövcuddur. HONOR Magic5 Pro mayın 18-dək, öncədən sifariş edilən zaman 3 hədiyyə təqdim olunacaq: HONOR Watch GS 3 ağıllı saatı, CHOICE Earbuds X3 simsiz qulaqlığı və orijinal premium telefon qabı. HONOR Magic5 Pro-nun (12GB+512GB) qiyməti 2499,99 manat təşkil edəcək. Rəsmi satış mayın 19-dan başlaycaq, iyunun 4-nə qədər smartfonu alan hər kəsə HONOR Watch GS 3 və orijinal premium telefon qabı hədiyyə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 47 d. sonra
-
- 32 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
1 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
1 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər







.jpg)







.jpg)




