Amerikalı investor dolların niyə lider mövqeyini itirməyə başladığını izah edib
"ABŞ dolları lider mövqeyini itirməyə başlayıb,çünki ABŞ dünyanın ən böyük borclu dövlətidir və onun valyutası artıq neytral deyil".
Marja xəbər verir ki, bunu tanınmış investor Cim Rocers müsahibəsində bildirib.
"İnsanlar dollardan istifadə etməkdən uzaqlaşmağa başlayır, çünki ABŞ ən böyük borcu olan ölkədir. Bir çoxları bu valyutadan istifadə edib-etməmək ilə maraqlanmağa başlayır, çünki gələcəkdə problemləri ola bilər. Siz də bilirsiniz ki, beynəlxalq valyuta tamamilə neytral olmalıdır. Hər kəs ondan istənilən məqsəd üçün, hər şey üçün istifadə edə bilər. Amma indi Vaşinqton oyun qaydalarını dəyişir və onlar sizə qəzəblənsələr, sizi "söndürə" bilərlər”, - Rocers dollardan gələcəkdə istifadə perspektivləri haqqında şərh edib.
İnvestorun sözlərinə görə, bu gün hətta ABŞ-a dost ölkələr belə məhdudiyyətlərin onlara tətbiq oluna biləcəyi ehtimalını etiraf edirlər: "Buna görə də, indi Amerikanın dostları arasında bir çoxları dollarla rəqabət apara biləcək bir şey axtarırlar. Və bu proses sürətlənir, çünki bir çox ABŞ tərəfdaşları onların başına nəsə gələ biləcəyindən narahatdırlar".
Rocers hesab edir ki, bu gün Dünya hələ ABŞ dollarına ekvivalent əvəz və hətta rəqib tapmayıb. Tanınmış amerikalı investorun fikrincə, Çin yuanı belə bir rola iddia edə bilər, lakin o, tam sərbəst dönərli valyuta deyil.
"Ona görə də necə olacağını bilmirəm, amma dünya hərəkət edir. Amerikanın bir çox dostları dollarla rəqabət aparacaq və nəhayət onu əvəz edəcək bir şey tapmağa çalışırlar. Bu baş verəcək və Amerika dolları dominatlığı sona çatacaq”, - deyə Rocers yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















