"BVF iyunun sonunda Bakı ofisini bağlayacaq"
Məlumata görə, səbəb Azərbaycanın güclü iqtisadiyyata və böyük maliyyə ehtiyatlarına malik olmasıdır"Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib".
Bu barədə Marja-ya Azərbaycan hökumətindəki mənbə bildirib.
Mənbənin verdiyi məlumata görə, Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.
Məktub ilə tanış olan mənbə bildirib ki, Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azurun məktubunda qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək və zərurət yarandıqda texniki yardım göstərəcək.
Azərbaycan Respublikası BVF-yə 1992-ci ilin 18 sentyabrından üzv qəbul olunub.
1993-cü ildən 2009-cu ilədək Azərbaycanda BVF-nin rezident nümayəndəliyi fəaliyyət göstərib.
Bundan sonra BVF Azərbaycandakı fəaliyyətini daha aşağı statuslu yerli əlaqələndirici vasitəsilə həyata keçirmişdir.
2005-ci ildən Azərbaycanın BVF ilə əməkdaçlığı yalnız məsləhətləşmələr formatında həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























