"Azərbaycana mərmər mal ətindən steyklər satırıq, restoranlar müştərilərimizdir"
"Azərbaycanlılar belə əti həvəslə alırlar"Rusiyanın “Miratorg” şirkətinin İxrac üzrə Direktorub Marina Demidova bildirib ki, “Miratorg” Rusiyanın ən böyük ət istehsalçısıdır:
"Bundan əlavə, biz fastfud restoranlarının əsas tədarükçülərindən biriyik, Rusiyada çoxlu naqqets çeşidimiz var.
Biz Azərbaycanda on ilə yaxındır işləyirik, fəaliyyətə yüksək keyfiyyətli naqqetslərlə başlamışıq, bundan əlavə, hazırda kolbasa, pelmen, donuz əti, mal əti, mərmər mal ətindən steyklər, həmçinin heyvanlar, pişiklər və itlər üçün yem satırıq – bu, Azərbaycanda tələbat olan yeni məhsulumuzdur.
Ölkənizdə yaxşı mərmər mal əti yüksək qiymətləndirilir, steykhausların sayı getdikcə artır, azərbaycanlılar belə əti həvəslə alırlar, ona görə də biz mərmər mal əti tədarükünü artırmaq istəyirik.
Naqqetslər xüsusilə “McDonald's”, “Burger King” restoranlarında uşaqlar üçün məşhur məhsuldur, buna görə də uşaqlar müştərilərimizin xüsusi kateqoriyasıdır. Biz, ilk növbədə, sağlam qidalanma baxımından onları diqqət mərkəzində saxlayırıq, çünki bu, bütöv quş döş ətindən hazırlanan ideal bir məhsuldur.
“Miratorg”, demək olar ki, qırx ölkəyə tədarük etdiyimiz mərmər mal əti istehsalını təmin edən “Aberdeen Angus” cinsindən mal-qaranın ən böyük sayına malikdir. Bizim steyklərin hazırlanması effektli və asandır, hər tərəfdən cəmi üç dəqiqə qızardılır - və steyk hazırdır. Onları Bakıdakı restoranlarda, məsələn, “Manqal” restoranlar şəbəkəsində yaxşı tanıyırlar.
Bizim illərdir işlədiyimiz çoxlu müştərilərimiz var və sərgidə biznes tərəfdaşları ilə görüşürük, bunun sayəsində çeşidimizi genişləndirir və yeni məhsullar təklif edirik. Məsələn, bu dəfə elə stenddə dequstasiya edilə bilən “Chicken popcorn”, “Beff Popcorn” məhsullarını gətirmişik. Tərəfdaşlarımız “Miratorg” məhsullarının təqdimatında həvəslə iştirak etdilər. Təbii ki, restoran sahiblərinin yeni təkliflərimizi təsdiqləyəcəyini gözləyirik.
Mal əti tədarükünün artımını təmin etmək üçün biz müəssisənin yeni konsepsiyasını hazırlamışıq və mal ətinin satış həcmini artırmaq niyyətindəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















