Moskva birjasında hərracların açılışında dolların məzənnəsi düşüb
Bazar ertəsi Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 1,75 qəpik ucuzlaşaraq 79,98 rubl təşkil edib.
Avronun məzənnəsi 24,5 qəpik düşərək 86,26 rubl olub.
Bununla yanaşı, yuan 3,6 qəpik ucuzlaşaraq 11,336 rubl təşkil edib.
Aşağı neft qiymətləri, ixracatçılar tərəfindən xarici valyuta satışının azalması, həmçinin artan büdcə kəsiri və yüksək geosiyasi risklər səbəbindən rubl təzyiq altındadır. Rusiya iqtisadiyyatı xarici təzyiq və sanksiyalarla üzləşir.
Neft qiymətlərinin dinamikası qeyri-müəyyən olaraq qalır. Buna bir neçə amil təsir edir: ABŞ-ın dövlət borcunun tavanı ilə bağlı müzakirələr, Çindən neftə tələbin aşağı olması və dollar indeksinin yüksəlməsi. G7 ölkələri büdcə gəlirlərini azaltmaq və Rusiya şirkətlərinin fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar paketləri hazırlayır, bu da qeyri-müəyyənliyi artırır.
Yaxın gələcəkdə dolların məzənnəsinin təxminən 80 rubl səviyyəsində qalacağı ehtimal edilir. Ən yüksək vergi ödənişləri mayın 29-da gözlənilir. Bu tarixə qədər valyuta gəlirlərinin satışını nəzərə alsaq, rubl bir qədər qədər möhkəmlənə bilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















