"İdxal gömrük rüsumlarının potensialı büdcəyə tam reallaşmayıb"
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən gömrük ödənişlərinin növləri səviyyəsində aparılmış təhlillər bəzi gəlir mənbələri üzrə potensialın tam reallaşmadığını göstərib.
Bu barədə Hesablama Palatasının 2022-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydə bildirilib.
Palata qeyd edib ki, 2022-ci ildə idxal gömrük rüsumları üzrə 1296,0 mln. manat məbləğində müəyyən edilmiş proqnoz 98,4 mln. manat və ya 7,6% çox olmaqla 1394,4 mln. manat məbləğində icra edilsə də, daxilolmaların idxal rüsumuna cəlb olunan idxalın həcmində nisbət göstəricisi əvvəlki illə müqayisədə azalıb. Hesabat ilində idxal rüsumuna cəlb olunan idxalın həcminin 10593,4 mln. manat olduğunu nəzərə alaraq, həmin ildə dövlət büdcəsinə köçürülmüş 1394,4 mln. manat məbləğində vəsaitin idxalın həcmində xüsusi çəkisi ötən ilin eyni göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalmaqla 13,2% təşkil edib ki, bu da qeyd edilən mənbə üzrə potensialın dövlət büdcəsinin gəlirləri qismində tam reallaşdırılmadığını göstərir.
Hesablama Palatası əlavə edib ki, təqdim edilmiş məlumatlara əsasən 2022-ci il üzrə idxal rüsumuna cəlb edilmiş idxalın strukturunda idxal gömrük rüsumlarının azalmasına təsir edə biləcək dəyişikliklər izlənilmir. Həmçinin, ölkəyə malların idxalına görə tutulan idxal rüsumunun məbləği idxal rüsumuna cəlb edilən idxalın həcmi ilə əvvəlki illərin göstəriciləri nəzərə alınmaqla adekvatlıq təşkil etməyib.
Belə ki, 2021-ci ildə idxal rüsumuna cəlb edilən hər min manatlıq mallara görə büdcəyə orta hesabla 135,04 manat məbləğində idxal gömrük rüsumu daxil olduğu halda, 2022-ci ildə bu göstərici 3,42 manat azalaraq 131,63 manata enib. Bununla yanaşı, 2022-ci ildə spesifik dərəcə ilə rüsum tutulan idxal rüsumu üzrə dövlət büdcəsinə 386,1 min manat məbləğində vəsait daxil olub ki, bu da 51,0 mln. manat müəyyən edilmiş proqnoza nisbətən 50,6 mln. manat və ya 99,2%, 2021-ci ilin icra göstəricisinə nisbətən isə 32,3 mln. manat və ya 98,8% az olub.
DGK-nin təqdim etdiyi məlumatlara əsasən hesabat ilində spesifik dərəcə ilə idxal rüsumuna cəlb edilən idxalın həcmi 2021-ci ilə nisbətən 129,4 mln. manat və ya 8,8% artaraq 1598,5 mln. manata yüksəlib. 2021-ci ildə ödənilmiş idxal rüsumunun idxalın həcmində xüsusi çəkisi 2,2% təşkil etdiyi halda, bu göstərici 2022-ci ildə 0,02% olub ki, bu da hesabat ili üçün ödənilməli idxal rüsumunun idxalın həcmində xüsusi çəkisinin əvvəlki ildə olduğu səviyyədə saxlanılmasının təmin edilməməsi şəraitində bu mənbə üzrə daxilolmada əhəmiyyətli dərəcədə fərqlərin yaranmasına təsir edən əsas amillərdən olub. Eyni zamanda, yaranmış fərq spesifik dərəcə ilə rüsum tutulan idxal rüsumlarının digər təsnifat kodları üzrə dövlət büdcəsinə köçürülməsi ilə əlaqələndirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















