"Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik"
“Növbəti illərdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkil edilməsidir. Yəqin ki, məlumatlısınız. Keçən il ölkə rəhbərliyinin iştirakı ilə Füzulidə müasir peşə təhsil liseyinin bünövrəsi qoyuldu”.
Bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, bu müəssisədə yenə də iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun olaraq ixtisaslara üstünlük verilib:
“Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar və tədris proqramını hazırlayırıq. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük. Və nəhayət növbəti illərlə bağlı strategiyanın bir hissəsi olaraq biz bir çox rayonlarımızda da peşə təhsili infrastrukturunu yeniləmək istiqamətində çalışırıq. 2026-cı ilə qədər Quba, Qax, Tovuz və Sumqayıtdakı peşə liseylərinin yenidən qurulması və əsaslı təmirini başa çatdırmağı planlaşdırırıq. Bu, o deməkdir ki, ölkəmizin əsas böyük şəhər və rayonlarında vətəndaşların keyfiyyətli, müasir peşə təhsilinə çıxışı təmin ediləcək”.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























