“Naz Lifan” avtomobilləri satılmır
Azərbaycanda yeganə minik avtomobili istehsalçısı “Naxçıvan Avtomobil Zavodu” 2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edib.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı ötən ilin anoloji dövrü ilə müqayisədə 60%-dən çox azalıb.
Üstəlik, “Naz Lifan” avtomobilləri satılmır. Məlumata görə, 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcuddur.
2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri | 2017-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Fəvvarə armaturu, ton | 9,8 | 12,5 | 138,7 |
Ştanqlı quyu nasosları, ədəd | 1910 | 94,2 | 16,0 |
Qazlift quyu avadanlıqları və onların hissələri, ədəd | 461 | 118,5 | 30 |
Məişət kondisionerləri, ədəd | - | - | 2241 |
Odsöndürənlər, ədəd | 13720 | 105,4 | - |
Traktorlar, ədəd | 744 | 2,0d | 1 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 1570 | 2,7d | 457 |
Yük avtomobilləri, ədəd | 1 | 0,4 | - |
Minik avtomobilləri, ədəd | 21 | 37,5 | 126 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 1 | 0,7 | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)
.jpg)







.jpg)






