Qızılın qiyməti son 2,5 ayın ən aşağı səviyyəsində
Güclü inflyasiya göstəriciləri dolları bahalaşdırdığı və FED-in daha çox faiz artıracağına dair gözləntiləri artırdığı üçün qızıl ucuzalşır. Eyni zamanda ABŞ-ın borc defoltuna dair qorxular azalıb.Qızılın qiyməti, ABŞ-da iki siyasi tərəfin borc tavanının artırılması şərtlərini razılaşdırdıqdan sonra martın ortalarından bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Çünki investorlar ABŞ-ın borc tavanı razılaşmasının qəbul edilməsi ehtimalını və onun dövlət xərclərinə təsirini qiymətləndirirlər.
Qızılın unsiyasının qiyməti 1939 dollaradək düşüb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çərşənbə günü səsverməyə çıxarılacaq layihənin Konqresdən keçəcəyinə əminliklərini ifadə ediblər. Bu xəbər ABŞ-ın defoltundan qaynaqlanan geniş iqtisadi pisləşmə ilə bağlı bəzi qorxuları azaltmağa kömək edib və riskə əsaslanan aktivlərə tələbi artırıb. Bu da öz növbəsində, iqtisadi çətinliklər zamanı adətən təhlükəsiz "sığınacaq" kimi işləyən qızıla mənfi təsir edir.
Layihənin qəbul edilməsi tənəzzül riskini azalda və ABŞ-ın iqtisadi artımını dəstəkləyə bilər. Qeyri-müəyyənlik azaldığı üçün qızıla da tələb azalır.
Digər tərəfdən, altı həftənin ən yüksək səviyyəsində olan dollar, qızıl üçün daha bir mənfi faktordur, çünki bahalaşan dollar qiymətli metalı alıcılar üçün də bahalaşdırır. Bazarlarda iyun ayında FED-in faizlərini daha 0,25 faiz bəndi artıracağına dair inam artır. Bu da dolları dəstəkləyir.
Mayın əvvəlində qızılın unsiyasının qiyməti 2062 dolları keçmişdi. Ötən dövrdə qızıl təxminən 6% ucuzlaşıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























