"Unibank"a məxsus investisiya şirkəti kəskin böyüyüb, haqq və komissiya gəlirləri 55% artıb
“Unicapital İnvestisiya Şirkəti” ASC 2022-ci ili 407 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 897 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az şirkətin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, ötən il “Unicapital"ın faiz gəlirləri 311 min manat təşkil edib (2021-ci ildə 672 min manat).
2022-ci ildə “Unicapital"ın haqq və komissiya gəlirləri 693 min manat və ya 55% artaraq 1 milyon 951 min manat manata təşkil edib.
Ötən il “Unicapital İnvestisiya Şirkəti”nin işçilərinin sayı 12 nəfər artaraq 37 nəfərə çatıb.
31 dekabr 2022-ci il tarixində “Unicapital" 18 milyon 389 min manat cəmi aktivlərə malik olub. Ötən il Şirkətin cəmi aktivləri 78,6% və ya 8 milyon 93 min manat artıb. 2021-ci ilin sonunda “Unicapital" 10 milyon 296 min manat cəmi aktivlərə malik idi.
“Unicapital İnvestisiya Şirkəti” ASC 100%-i olmaqla “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















