Çex şirkətləri Qarabağda günəş panelləri və külək trubinləri istehsal edə bilər
Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Çexiyanın sənaye və ticarət naziri Jozef Sikela arasında görüş olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi və Azərbaycanın Çex Respublikasına xam neftin təchizatında mühüm tərəfdaş olduğu qeyd edilib.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq yaradılmış Birgə İşçi Qrupu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, SOCAR və CEZ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin azad edilmiş ərazilərdə KSES və günəş panelləri, külək trubinlərinin istehsalı sahələrində Çex şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracı və “Həmrəylik Halqası” layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























