“ABB İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfə artıb
Müvafiq beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən, “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2022-ci il üzrə xalis mənfəəti 2021-ci ilə nisbətən 194% (təxminən 3 dəfə) artaraq 627 min 827 manat təşkil edib. Şirkət 2021-ci ili 213 min 295 manat xalis mənfəət ilə bağlamışdı.
“ABB İnvest İnvestisiya Şirkəti” QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, şirkətin xalis faiz gəlirləri 11.5% artaraq 433 milyon 29 min manat, qeyri-faiz gəlirləri isə 375% artmaqla 1 milyon 149 min 505 manat olub.
2022-ci il sonuna Şirkət 14 milyon manat məbləğində aktivlərə malik olub.
Bakı Fond Birjasının açıqladığı statistik məlumatlara əsasən, “ABB-İnvest”in 2022-ci il üzrə qiymətli kağızlarla ümumi ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 176% artımla 2 milyard 958 milyon 708 min 318 manat təşkil edib.
“ABB-İnvest İnvestisiya Şirkəti” səhmdarı olan “ABB” ASC ilə birgə yeni investisiya məhsulunu da bazara təqdim edib. Müştərilərə xarici bazarlarda ticarət olunan səhmlərə ABB mobile üzərindən asanlıqla investisiya etmək imkanı yaradılıb. Şirkətdən əldə etdiyimiz məlumata əsasən ən qabaqcıl təcrübələrdən istidafə edərək investisiya alətlərinin sayı genişləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















