“Qaçqınkom” və Dünya Bankı qrant sazişi imzalayıb, birgə layihəyə 2500 nəfər cəlb olunacaq
İyunun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə razılaşma məktubu imzalanıb.
Sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl imzalayıblar.
Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq ölkəmizdə 2023-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışın və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.
Ortaq əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri çərçivəsində müxtəlif proqramların həyata keçirilməsində icmaların iştirakının təmini, davamlı inkişaf siyasətinə hazırlıq məqsədilə məcburi köçkün icmalarda bacarıqların artırılması, onların inkişaf etməsi üçün zəruri mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 36 ay davam edəcək layihəyə ümumilikdə 18 şəhər və rayon üzrə 520 benefisiarın bilavasitə eyni sayda ailəni əhatə etməklə, ümumilikdə 2500 nəfərdən çox işsiz şəxsin cəlb edilməsi planlaşdırılır. Qrant layihə çərçivəsində hazırda yaşayış şəraitinə görə həssas kateqoriya kimi müəyyən edilən məcburi köçkünlərə üstünlük veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























