Zavodun yanından keçən 12 nəfər zəhərləndi - Sumqayıtda
Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Həmin ərazidən keçən 12 nəfər zəhərlənib.
1984-cü il təvəllüdlü Həsənova Hədiyyə Mehman qızı, 1987-ci il təvəllüdlü Həsənov Hüseyn Mehman oğlu, 1972-ci il təvəllüdlü Abdullayeva Mətanət Hacı qızı, 1999-cu il təvəllüdlü Novruzov Talıb Rəşad oğlu, 1969-cu il təvəllüdlü Aslanova Zabər Bəşir qızı, 1986-cı il təvəllüdlü Mürsəlov Ramiz Rüstəm oğlu, 1977-ci il təvəllüdlü Abdullayev Ariz Hacı oğlu, 1963-cü il təvəllüdlü Məmmədov Ruslan Alik oğlu, 1984-cü il təvəllüdlü Muxtarov Seymur Muxtar oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəmməd Əliəkbər oğlu, 1978-ci il təvəllüdlü Məmmədov Müqabil Əliəkbər oğlu və 1999-cu il təvəllüdlü Dadaşov Akif Asif oğlu kimyəvi maddə ilə kəskin inqalyasion zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Abdullayeva Mətanət Hacı qızının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan palataya köçürülüb.
İlkin ehtimala görə onlar Hacı Zeynalabdin qəsəbəsi istiqamətində olarkən müəssisələrdən birinin qarşısından keçərkən zəhərləniblər. Məlumata görə, havaya tüstü buraxılıb və məhz bu səbəbdən də məlum hadisə baş verib.
© Xeberle.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
18 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 18 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
21 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
22 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























