"Regionlarda "qara bazar" var, onun qarşısını almaq üçün “exchange”lərin sayı artmalıdır"
Deputat banklarda standart tranzaksiya faizinin 0,5% olmasını təklif edibBankların tranzaksiya faizinin yüksək olması insanları incidir, 1,5-2% çoxdur.
Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Deputat banklarda standart tranzaksiya faizinin 0,5% olmasını təklif edib: “Düzdür, bu, müəyyən bankların mənafeyinə dəyəcək. Regionda hər bankın bankomat qoymağına nə ehtiyac var?!”.
“Exchange”lərin açılması ilə bağlı nə edək? Necə edək ki, onların regionlarda sayı artsın? Başa düşürəm, valyuta dəyişmələri bankların nəzarətində olmalıdır, nəzarət olmalıdır. Ancaq regionlarda "qara bazar" var, onun qarşısını almaq üçün “exchange”lərin sayı artmalıdır. Digər tərəfdən şənbə-bazar işləməyən banklarda turist valyutanı necə dəyişsin? Ödəniş üçün dollar verəndə obyektlər geri qaytarırlar”, - deyə Rüfət Quliyev vurğulayıb.
Deputat inflyasiyaya və Mərkəzi Bankın monetar siyasətinə də toxunub: “Ötən il real inflyasiya 19,9%-ə çatmışdı, indi düşüb. Mərkəzi Bank bir çox tədbirlər görərək inflyasiyanı cilovladı. Ancaq problemin sona qədər həlli üçün məhsul bolluğu lazımdır. Məhsul bolluğu olsa tələb-təklif və rəqabət qanunu işə düşəcək, qiymətlər sürətlə düşəcək. İnflyasiyanın qarşısını bu formada daha rahat almaq, idarə etmək olar”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























