ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması qərarına görə, bu il və gələn il üçün Brent markalı neftin qiyməti proqnozunu yüksəldib.
Qeyd edək ki, OPEC+ qrupu gündəlik hasilat azaldılmasını gələn ilin sonuna qədər uzadıb və Səudiyyə Ərəbistanı İyul ayında gündəlik hasilatını əlavə 1 milyon barel azaldılacağını açıqlayıb.
Marja xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) "2023-cü ilin İyun ayı Hesabatı"nda qeyd edib ki, hasilatın azaldılması 2023-cü ilin sonunda və gələn ilin ilk yarısında neft qiymətlərinə yuxarı istiqamətli təzyiqi artıracaq.
Bu kontekstdə bu il üçün Brent markalı neftin orta barrel qiymətinin 79,54 dollar olacağı təxmin edilib. Bu rəqəm əvvəlki hesabatda 78,65 dollar olub.
West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiymətinin bu il 74,61 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki hesabatda WTI markalı neftin bir barelinin qiyməti 73,62 dollar səviyyəsində qiymətləndirilirdi.
Gələn il Brent markalı neftin bir barelinin qiymətinin 83,51 dollar, WTI markalı neftin qiymətinin isə 78,51 dollar/barel olacağı gözlənilir.
ABŞ-ın xam neft hasilatının artacağı gözlənilir
ABŞ-da bu il orta gündəlik xam neft hasilatının 12 milyon 610 min barel civarında olacağı gözlənilir. Keçən il bu rəqəm təxminən 11 milyon 890 min barel olaraq qeyd edilmişdi. 2024-cü ildə hasilatın 12 milyon 770 min barrelə yüksələcəyi hesablanır.
Hesabatda ABŞ-ın xam neft hasilatının bu il və gələn il rekord səviyyələrə çatacağı, lakin artan istehsal xərcləri və şirkətlərin dividendlərini artırmaq üçün yeni hasilatlara daha az sərmayə qoyması səbəbindən yerli istehsalın artım tempinin yavaşlayacağı bildirilib.
Qlobal neft hasilatının bu il gündəlik 101 milyon 370 min barrel, gələn il isə 102 milyon 690 min barrel olacağı təxmin edilir.
Qlobal neft hasilatında OPEC+ qrupunun hasilatı azaltmalarına baxmayaraq bu il və gələn il artım gözlənilir və sözügedən artımın daha çox OPEC-ə daxil olmayan ölkələr hesabına olacağı gözlənilir.
Qlobal neft tələbinin bu il gündəlik 101 milyon 10 min barrel, gələn il isə 102 milyon 710 min barrel olacağı gözlənilir. İlin qalan hissəsi və bu il üçün qlobal istehlakda gözlənilən artımın Çin və Hindistan başda olmaqla OECD üzvü olmayan Asiya ölkələrindən olacağı gözlənilir. Bu ölkələrdə benzin və təyyarə yanacağı kimi maye yanacaq istehlakının bu il və gələn il rekord həddə çatacağı təxmin edilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 35 d. əvvəl
-
50 d. əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızıl və gümüş kəskin ucuzlaşıb
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb




















