Türkiyənin "Aras Kargo" şirkəti Azərbaycanda şirkət aldı
Türkiyə şirkəti "Aras Cargo" Azərbaycanın karqo şirkətlərindən biri olan "Starex" brendi ilə xidmət göstərən "Star Express"in 75 faizini alıb. Şirkət "Aras Global" ilə Azərbaycanda karqo xidmətləri göstərməyə başlayıb.Qlobal bazarda pay almağı qarşısına məqsəd qoyan türkiyənin "Aras Kargo" şirkəti Azərbaycanda şirkət alaraq Qafqaz və Orta Asiya bazarına daxil olur.
Marja xəbər verir ki, "Aras Global" Azərbaycanın karqo şirkətlərindən biri olan "Star Express"in 75 faiz hissəsini alıb. Şirkət "Aras Global" ilə Azərbaycanda yükdaşıma xidmətləri göstərməyə başlayıb.
"Aras Kargo"nun baş direktoru Utku Ayyarkın yeni sərmayə barədə deyib: "Aras Global-ın ilk sərmayəsi olan "Starex" markası ilə təkcə beynəlxalq arenadakı rolumuzu artırmırıq, həm də Türkiyədən şirkət və sahibkarları Orta Asiya bazarına daşıyırıq. Sərmayəmizi bu ilin sonuna qədər digər Türkdilli respublikalarda da davam etdirməyi və öz brendimizlə fəaliyyətə başlamağı planlaşdırırıq. Biz gələcəkdə Yaxın Şərqdə, Avropa və Amerikada da sərmayələr yatıraraq qlobal oyunçulardan biri olmağı nəzərdə tuturuq".
"Aras Kargo"nun bu alışla müştərilərə və alıcılara bir çox faydalar təmin edəcəyini bildirən Ayyarkın, "Azərbaycan istehlakçıları Türkiyənin e-ticarət şirkətlərindən alış-veriş etdikdə, vasitəçisiz, qapıdan-qapıya çatdırılma xidmətinə sahib olacaqlar. "Aras Global"ın rəqabətqabiliyyətli qiymətləri və Starex-in geniş yayılmış distribütor şəbəkəsinin gücü ilə müştərilər rəqabətdən bir addım öndə olacaqlar. Starex-in Azərbaycanda tərəfdaşlıq etdiyi satış yerlərinin müştəriləri Aras Kargo-nun Starex sərmayəsi sayəsində çatdırılmada daha yaxşı alış-veriş təcrübəsi əldə edə biləcəklər”,- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















