“PAŞA Kapital” investisiya şirkətləri arasında liderliyini qorumaqdadır
(®) Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar-may aylarında 5 milyard 32 milyon 412 min 470 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.
Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.
Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində - Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumilikdə, PAŞA Kapital 2023-cü ilin yanvar-may ayları üzrə bazar payı 45 faizdən çox olmuşdur.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















