"Türk lirəsini qorumaq üçün faiz kəskin artırılmalıdır" - Tələt Kalayev
Türkiyə Mərkəzi Bankı inflyasiyanı aşağı salmaq və Türk lirəsini devalvasiyadan qorumaq üçün mütləq sərt pul kredit siyasətini, yəni kəskin faiz artımını həyata keçirməlidir.
Marja xəbər verir ki, bunu maliyyə bazarları üzrə ekspert Tələt Kalayev bildirib.
O, qlobal mərkəzi bankların faiz siyasətini, ölkə üzrə inflyasiya göstəricisini və ilin əvvəlində milli valyutanın kursunun dəyişməsini göstərən cədvəl hazırlayıb. Cədvəldə real mərkəzi bank dərəcəsi - Mərkəzi Bankların uçot dərəcəsi ilə inflyasiyanın fərqini əks etdirir.
"Göründüyü kimi Real Mərkəzi Bank dərəcəsi Türkiyədə (-31.10%) və Argentinada (-11.80%) çox mənfidir və bunun nəticəsində ilin əvvəlindən türk lirəsi 20%, argentina pesosu isə 27% dəyər itirmişdir. Türkiyə Mərkəzi Bankı inflyasiyanı aşağı salmaq və türk lirəsini devalvasiyadan qorumaq üçün mütləq sərt pul kredit siyasətini, yəni kəskin faiz artımını həyata keçirməlidir. Belə bir hal keçən ilin mart ayında Rusiya Mərkəzi Bankı tərəfindən həyata keçirilmişdir. O zaman Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9.50%-dən 20.00%-ə qədər artırmış və vəziyət stabilləşəndən sonra faizi azaltmağa başlamışdır.
Ümumiyyətlə, bu iqtisadiyyat üçün ağır qərardır, çünki:
1. Banklar tərəfindən verilən kredit faizləri kəskin artacaq və ölkədə kreditləşmə tədricən aşağı düşəcək. Bu öz növbəsində ÜDM-nin düşməsinə gətirib çıxaracaq.
2. Dövlət və korporativ istiqrazların bazar dəyəri aşağı düşəcək və bankların kapitalına və likvidliyinə neqativ təsir edəcək. Türkiyə Mərkəzi Bankı tərəfindən banklara dəstək proqramı tətbiq olunmalıdır, belə bir təcrübə cari ilin mart ayında ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən tətbiq olunmuşdur. ABŞ banklarının təcili maliyyələşdirmə proqramı “Bank Term Funding Program” Silikon Valley Bank və digər bankların müflis olmasından sonra banklara likvidlik təmin etmək üçün yaradılmışdır.
3. Uçot dərəcəsinin artması → bahalı kreditlər + əlverişli depozit faizləri → əhali xərcləri azaldır + yığımları artırır → inflyasiya yavaşlayır. Bir tərəfdən inflyasiya azalacaq, digər tərəfdən iqtisadi artım zəifləyəcək",- Tələt Kalayev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















