Koronavirus peyvəndlərinin yan təsirləri - "Pfizer-BioNTech" məhkəməyə verildi, təzminat tələb olunur
BioNTech tərəfindən istehsal olunan Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı Almaniyada tibb işçisinin qaldırdığı iddianın ilk iclası sabah keçiriləcək. Almaniyada peyvəndlərə görə BioNTech şirkətinə qarşı yüzlərlə məhkəmə işi var. Tibb işçisi iddia edir ki, peyvənd olunduqdan sonra onda ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi problemlər ortaya çıxıb.Almaniyada bir tibb işçisi Covid-19 peyvəndinin yan təsirləri olduğu iddiası ilə biotexnologiya şirkəti BioNTech-i məhkəməyə verib. Onun qaldırdığı iddia üzrə məhkəmənin ilk iclası sabah keçiriləcək.
Marja xəbər verir ki, Almaniyanın məxfilik qanununa əsasən anonimlik hüququndan istifadə edən orta yaşlı tibb işçisinin adından "Rogert & Ulbrich" hüquq şirkəti tərəfindən iddia qaldırılıb. İddia üzrə sabah Hamburq Məhkəməsində ilk iclas keçiriləcək.
Sözügedən tibb işçisi ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi əlamətlər səbəbiylə bədəninə dəyən zərərə görə 150 min avro təzminat tələb edir. Tibb işçisi iddia edir ki, qeyd edilən problemlər peyvənd olunduqdan sonra ortaya çıxıb. İddiaçı, həmçinin müəyyən edilməmiş maddi ziyana görə kompensasiya tələb edib.
YÜZLƏRLƏR MƏHKƏMƏ İŞİ
Sözügedən iş, milyonlarla avro təzminat iddialarından biridir. Digər hüquq şirkəti "Casar-Preller" Covid-19 peyvəndlərinin iddia edilən yan təsirlərinə görə təzminat tələb edən müştərilər üçün təxminən 250 iddia qaldırdığını açıqlayıb.
Almaniyada tətbiq edilən 224 milyon vaksin dozasının təxminən dörddə üçü BioNTech tərəfindən istehsal edilib.
Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı oxşar iddialar İtaliyada da gündəmdədir.
Pfizer şirkəti ilə birlikdə inkişaf etdirdiyi peyvəndi Almaniyada bazara çıxaran BioNTech tərəfindən verilən açıqlamada, diqqətli müayinədən sonra sözügedən halların "əsassız" olduğuna və rədd ediləcəyinə əmin olduğu bildirilib.
Açıqlamada, Almaniyada ən azı 64 milyon insan da daxil olmaqla, dünyada təxminən 1,5 milyard insanın peyvənd edildiyi və bu günə qədər müvafiq məhsul məlumatlarında sadalananlardan başqa potensial yan təsirlərin aşkar edilmədiyi qeyd edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















