Kapital Bank əməkdaşlarını kritik xəstəliklərdən sığortaladı
(®) Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan və 5000 nəfərdən çox əməkdaşı olan Kapital Bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə yanaşı öz əməkdaşlarının həyat keyfiyyətini artırmağı şirkətin hədəfinə çevirib.
Kapital Bank əməkdaşlarının sağlamlıq və təhlükəsizliyini günün tələblərinə uyğun səviyyəyə qaldırmaq, onların həyatını kritik xəstəliklərdən qorumaq məqsədilə PAŞA Həyat Sığorta şirkətinin “Korporativ Həyat Sığortası” məhsulunu əldə edib.
Məhsulun özəlliyi ondan ibarətdir ki, şirkət əməkdaşlarının həyatını dünyanın hər bir nöqtəsində başına gələ biləcək istənilən hadisələr, kritik xəstəliklər zamanı maddi təminat altına alır. Ən böyük üstünlüklərindən biri isə bütün dünyada keçərli olması ilə yanaşı, istənilən səbəbdən ölüm və kritik xəstəliklər (xərçəng, insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, iflic və s) zamanı əməkdaşı təminat altına almasıdır.
Qeyd edək ki, bu sığorta növü kritik xəstəliklər zamanı əməkdaşın müalicəsi üçün tələb olunan xərcləri təmin edir. Ödənilmiş məbləğ əsasında sığortalanan əməkdaş öz müalicəsini istədiyi şəkildə (xəstəxana, ölkə və s.) özü təyin edə və ya seçə bilər. Bir sözlə, əməkdaşa kritik xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi onun tam ixtiyarına verilir.
Kapital Bank-ın öz əməkdaşlarının sağlamlığının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üçün atdığı bu addım şirkətin öz əməkdaşlarının təhlükəsizliyinə verdiyi dəyərin bariz nümunəsidir.
PAŞA Həyat Sığorta şirkəti tərəfindən təklif olunan “Korporativ Həyat Sığortası” məhsulu haqqında ətraflı məlumatı (012) 942 nömrəsinə zəng edərək və ya PAŞA Həyat (PASHA Life) (pasha-life.az) saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)





