Şərifov Səudiyyə Ərəbistanının biznes dairələrini ölkəmizə investisiya yatırılmasında fəal iştirak etməyə dəvət edib
İyunun 12-də maliyyə naziri Samir Şərifov Şuşa şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Samir Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış Birgə İşgüzar Şuranın işini təqdir edib və Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verən Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrini bu işlərdə, həmçinin ölkəmizə investisiya yatırılmasında fəal iştirak etməyə dəvət edib.
Şuşaya səfəri barədə təəssüratlarını bölüşən Əli Əl Dakhil qısa müddət ərzində görülən işlərin şahidi olduğunu, işğaldan azad edilmiş ərazilərin böyük enerji potensialına və geniş münbit torpaq ərazilərinə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin, həmçinin qarşılıqlı investisiyaların həcminin artırılması üçün geniş imkanlar olduğunu qeyd edib.
Görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov da iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















