"Türkiyədə uçot dərəcəsi 40 faizə qaldıra bilər"
"Goldman Sachs", son təyinatlardan sonra Türkiyənin faiz yolu ilə bağlı qiymətləndirməsində, "Tamamilə ortodoks qərar verənlər Türkiyədə uçot dərəcəsini 40 faizə qaldıra bilərlər", - proqnozunu verib.Qlobal investisiya bankı "Goldman Sachs",Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri, Hafize Gaye Erkanın isə Mərkəzi Bankın sədri təyin edilməsini, yeni hökumətdə pul və fiskal siyasətdə dəyişikliyə ehtiyac olduğu fikrinin qəbul edilməsinin əlaməti kimi qiymətləndirib.
Marja xəbər verir ki, "Goldman Sachs"ın cümə günü açıqladığı hesabatında Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlar yenilənib.
"Goldman Sachs" qeyd edib ki, hazırda mərkəzi bankın növbəti addımlarının nə olacağına dair təlimat mətni yoxdur.
"Bizim təhlillər, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının uçot dərəcəsini 40 faizə qaldıracağını göstərir", - hesabatda deyilir
Qeyd edilib ki, USD/TL və inflyasiya gözləntiləri sabitləşdikdən sonra faiz dərəcələri sürətlə aşağı salına, ilin sonuna qədər ola bilsin ki, 25%-ə endirilə bilər.
Türkiyədə iqtisadi rəhbərliyin Mehmet Şimşəkə keçməsindən sonra xarici qurumların Mərkəzi Bankın (TCMB) faizi ilə bağlı gözləntilər dəyişib.
ABŞ bankı "JPMorgan", TCMB-nin iyunun 22-də və ya "bəlkə də daha tez" pul siyasəti iclasında uçot dərəcəsini 25 faizə qaldıra biləcəyini nəzərdə tutur.
"Societe Generale" Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 15 faizə qaldırılacağını proqnozlaşdırıb. Qurum, uot dərəcəsinin 22 iyunda 6,50 baza bəndi artırılaraq 15 faizə çatdırılmasını, ardından iyul və avqust aylarında hər birində 5,00 faiz bəndi faizartırılacağını gözləyir.
"Morgan Stanley" İyunun 22-də keçiriləcək iclasda TCMB-nin faizini 8,5 faizdən 20 faizə, avqustda isə 25 faizə yüksəldəcəyini gözləyir.
"Deutsche Bank"a görə, iyunda uçot dərəcəsi 18-20 faiz civarına, iyulda isə 25 faizə yüksələ bilər.
Qeyd edək ki, hazırda TCMB-nin uçot dərəcəsi 8,5% səviyyəsindədir.
Ortodoks - ümumi qəbul edilmiş yanaşmalara verilən addır.
Heterodoks- isə bu ümumi yanaşmadan sapmış, fərqli istiqamətə gedən yanaşmalara verilən addır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























