May ayında ABŞ büdcəsi 240 milyard dollar kəsirlə üzləşib
ABŞ Maliyyə Nazirliyi may ayı üçün büdcə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin 8-ci ayında (may ayı ərzində) federal hökumətin büdcə kəsiri 240 milyard dollar təşkil edib. Federal hökumətin keçən ilin eyni ayında 66 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 263 faiz artıb. Bu dövrdə büdcə kəsiri ilə bağlı bazar gözləntisi 236 milyard dollar idi.
Hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 21% azalaraq 307 milyard dollara düşüb, xərcləri isə 20% artaraq 548 milyard dollara yüksəlib.
2023-cü maliyyə ilinin 8-ci ayı ərzində (oktyabr-may) ABŞ-ın büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 173% artaraq 1 trilyon 165 milyard dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 426 milyard dollar səviyyəsində olub.
Maliyyə ilinin ilk 8 ayında xərclər əvvəlki ilin eyni dövrünə görə 9% artaraq 4 trilyon 159 milyard dollara çatıb, gəlirlər isə 11% azalaraq 2 trilyon 994 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 42 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























