Nvidia-nın kapitallaşması 1 trilyon dolları ötüb
Korporasiyanın səhmlərinin dəyəri süni intellektə marağın artması fonunda ilin əvvəlindən 180%-dən çox bahalaşıb.Videokart istehsalçısı kimi tanınan Nvidia korporasiyasının kapitallaşması çərşənbə axşamı ticarətin nəticələrinə görə 1 trilyon dolları ötüb.
Marja xəbər verir ki, bunu Nyu-York Fond Birjasının məlumatları göstərir.
Nvidia-nın kapitallaşması mayın 30-da ticarət zamanı 1 trilyon dollar həddini keçib, lakin günün sonuna qədər bu rəqəmdən aşağı düşüb. Çərşənbə axşamı günü, korporasiyanın kapitallaşması ticarətin sonunda ilk dəfə olaraq 1 trilyon dollardan yuxarı olub.
Nvidia bazar kapitallaşması 1 trilyon dolları keçən yeddinci Amerika şirkətidir. Əvvəllər bu göstəriciyə Apple, Microsoft, Alphabet, Amazon, Tesla, Meta şirkətləri çatıb.
Nvidia korporasiyanın iş sahələrindən biri olan süni intellektə marağın artması fonunda Nvidia səhmlərinin dəyəri ilin əvvəlindən 180%-dən çox artıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 45 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























