Tatarıstan “Ximqrad” şirkəti Azərbaycanın sənaye parkına dəvət edilib
Tatarıstan Respublikasının “Ximqrad” SC-nin və “İdeya Kapital” İdarəetmə şirkətinin nümayəndələri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.İyunun 16-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” İdarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə İqtisadi Zonaları İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.
Sumqayıt Kimya Sənaye Parkında baş tutan görüşdə qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.
Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, “Ximqrad” SC-yə daxil olan sənaye parkının rezidentləri ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.
Sonda qonalar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində, “STP” MMC-nin Polimer məmulatları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.
Qeyd edək ki, cari ilin 28 aprel tarixində “Ximqrad” Səhmdar Cəmiyyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























