Çinə birbaşa xarici investisiyalar ilk 5 ayda 5,6 faiz azalıb
Çində iqtisadi yavaşlamanın yeni əlaməti olaraq birbaşa xarici investisiyaların azaldığı müşahidə edilir.
Çinə birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dollar ifadəsində 0,5% artdıqdan sonra aprel və may aylarında azalma tendensiyasına daxil olub.
Marja Çin Ticarət Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, yanvar-may dövründə ölkəyə birbaşa xarici investisiyalar illik 5,6 faiz azalaraq 84,35 milyard dollar olub.
Birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə illik 0,5 faiz artıb, ilk dörd ayda isə 3,3 faiz azalıb.
Eyni dövrdə Çinin xaricə birbaşa investisiyaları illik müqayisədə 16,1 faiz artaraq 51,78 milyard dollara çatıb.
İqtisadiyyatda yavaşlama əlamətləri
Birbaşa xarici sərmayələrdə azalma meylinin ikinci rübdə də davam etdiyi, xarici şərtlərlə yanaşı, Çin iqtisadiyyatındakı yavaşlamanın da davam etdiyini göstərir.
May ayı məlumatları göstərir ki, iqtisadiyyat ötən ilin son rübündəki tənəzzüldən sonra bu ilin birinci rübündə tutduğu artım sürətini saxlamaqda çətinlik çəkir.
Çin Milli Statistika Bürosunun məlumatlarına görə, sənaye istehsalı may ayında illik müqayisədə 3,5% artaraq aprel ayındakı 5,6 faiz artımdan aşağı düşüb. Pərakəndə satışlarda aprel ayında 18,4 faiz olan artım mayda 12,7%-ə düşüb.
Ötən ilin yazında Covid-19 epidemiyası ilə əlaqədar həyata keçirilən bağlanma və karantin tədbirlərinin yaratdığı aşağı baza nəzərə alınarsa, əslində istehsal və istehlakda artım daha zəifdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























