Gənclər üçün iş şansı – “166 Yükdaşıma və Logistika” şirkəti öndədir
(®) Gənclərin iş təcrübəsi qazanıb, gələcəkdə özünəuyğun sahədə çalışması məqsədi ilə “166 Logistika Akademiyası - 2023” təcrübə proqramına start verib.
2019-cu ildən etibarən “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən davamlı olaraq keçirilən akademiya 100-lərlə gəncin gələcək karyerasına müsbət təkan verib.
Qeyd edək ki, bu proqramda dördüncü kurs tələbələləri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.
“166 Logistika Akademiyası - 2023” təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:
- İnsan resursları
- Nəqliyyatın intellektual idarəolunması
- Data analitikası
- Hüquq
- Maliyyə və mühasibatlıq
- Korporativ əməliyyatlar
- Logistik əməliyyatlar
- Çağrı mərkəzi
- Korporativ satış
- Təchizat
- İnformasiya texnoloqiyaları
- Müştəri məmnuniyyəti
- Beynəlxalq münasibətlər və xarici satınalmalar
- Beynəlxalq daşımalar üzrə əməliyyatlar
- Web development (php laravel)
- Anbar əməliyyatçısı
- Araşdırma
3 ay davam edəcək akademiyaya qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər http://Bit.ly/L-A2023 qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 6000-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 200 nəfər Akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə şöbə rəhbəri və digər vəzifələrdə çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




