Türkiyədə nəfəslər tutuldu - LİRƏYƏ TƏSİR EDƏ BİLƏCƏK TARİXİ QƏRAR GÖZLƏNİLİR
8,50 faizdən 25 faizə yüksəldilməsi gözlənilir.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yeni sədrinin səlahiyyət müddəti ərzində ilk faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Marja xəbər verir ki, TCMB-nin faizini 8,50%-dən 25%-ə yüksəldəcəyi proqnozlaşdırılır. Beləliklə, Türkiyə Mərkəzi Bankı 16,5 faiz bəndi artım edə bilər.
Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri və Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin edildikdən sonra bazarlarda ortodoks siyasətlərə (ənənəvi) dönüşün olacağı gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğan bu ay verdiyi açıqlamada Şimşəkin TCMB ilə atacağı addımları "qəbul etdiklərini" demişdi. Ərdoğan əvvəllər yüksək faizə qarşıdır, hesab edir ki, yüksək inflyasiyanın səbəbi yüksək faizlərdir. İqtisadi nəzəriyyə görə inflyasiya yüksək olan zaman mərkəzi bank faizlərini artırmalıdır.
Şimşək vəzifəyə təyin edildikdən sonra "ortodoksal siyasətlərə qayıdış"a vurğu edib.
Xarici maliyyə qurumları Türkiyə Mərkəzi Bankının bir nüçə iclasda uçot dərəcəsini bu il 40 faizə qədər yüksəldəcəyini gözləyirlər.
Yüksək inflyasiya Türk Lirəsinin də dəyərdən düşməsinə səbəb olur. Mərkəzi Bankın kəskin faiz artırması vəziyyətində Türk Lirəsinin ucuzlaşmasının sabitləşəcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















