Balaxanı Sənaye Parkına investisiya qoyuluşunun məbləği açıqlanıb
İndiyə qədər "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat investisiya qoyulub.
Bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
"Əgər 2017-ci ildə - Park fəaliyyətə başlayanda onun 5 rezidenti var idisə, hazırda bu rəqəm 25-dir", - deyə o qeyd edib.
Bundan başqa, E.Abbasov deyib ki, Azərbaycanda tullantıların emalı hesabına istehsal olunan məhsullara maraq getdikcə artır: "Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 %-i xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarımızdan biri kağızdır. Çalışırıq ki, ixrac göstəricilərimizi getdikcə artıraq".
Onun sözlərinə görə, hazırda "Təmiz Şəhər" işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərir, məskunlaşma planına uyğun olaraq işlər həyata keçirir: "Həmin ərazilər sıfır tullantı zonasıdır".
Xatırladaq ki, Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılıb. Onun təməlini dövlət başçısı 19 dekabr 2012-ci il tarixində qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























