Dolların məzənnəsi son 15 ayda ilk dəfə 89 rublu ötüb
Rusiyanın valyuta bazarında rubla tələb vergi dövrünün başa çatması, habelə geosiyasi gərginliyin artması fonunda azalır. Dolların məzənnəsi son 15 ayda ilk dəfə 89 rublu ötübMoskva birjasının məlumatına görə, cümə günü ticarətdə dollar 1,76 rubl və ya 2,01% bahalaşaraq, Bakı vaxtı ilə saat 15:17-yə olan məlumata görə, 89,3275 təşkil edib. Dollar sonuncu dəfə bir il üç ay əvvəl 29 mart 2022-ci il tarixində 89 həddini keçmişdi.
Marja xəbər verir ki, Avronun məzənnəsi 1,82 rubl və ya 1,92% artaraq 96,925 rubl olub.
"Freedom Finance Global"ın analitikləri qeyd ediblər ki, rublun zəifləmə tendensiyası vergi dövrü başa çatdıqdan sonra yenidən başlayıb. Əvvəllər Rusiya ixracatçıları vergi ödəmək üçün xarici valyuta satırdılar. Əlavə edilib ki, xarici valyutaya da tələb artıb.
Məzənnənin bir müddət 80-90 diapazonunda qalacağı gözlənilir, çünki enerji qiymətləri iki aydır eyni səviyyədədir.
Rusiyada daxili siyasi vəziyyətin kəskinləşməsi ilə də rubl zəifləyir.
Rubla təzyiq göstərən digər səbəblər Rusiyaya idxalın artması və ixrac gəlirlərinin düşməsi səbəbindən ticarət hesabının profisitinin azalmasıdır. Rusiya Mərkəzi Bankının məlumatına görə, yanvar-may aylarında Rusiyanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ötən ilki 123,8 milyard dollardan 22,8 milyard dollara qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















