12 şirkətin sahibi olmuş 3 şəxsdən 1,2 milyon manatlıq cinayət əməli
Azərbaycanda müxtəlif hüquqi şəxslər yaratmaqla sahibkarlıq fəaliyyəti göstərməklə gəlirlər əldə edən, lakin vergi orqanlarına əldə olunmuş gəlirlər və xərclər barədə təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran daha bir qrup şəxsin əməlləri üzrə cinayət işi başa çatıb.
"Marja" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Cabbarov İldırım Əmirxan oğlunun vergidən yayınma ilə bağlı aparılan istintaq işi zamanı məlum olub ki, Laçın rayonunun Arduşlu kənd sakini olan bu şəxs “MAKDON” və “MÜSLÜM 2017 LTD” MMC-rin fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, həmçinin “HİTNAR”, “VERSIM”, “LOPART”, “MAKS-SS”, “LETKORS”, “FUTALES”, “NASKAR” MMC-lərin direktoru olmuş Məmmədov Vüqar Füzuli oğlu və "GETRICO", “STP-SS” və “DERMAN” MMC-lərin direktoru olmuş Zeynalov Fariz Əbilfət oğlu ilə qabaqcadan əlbir olmaqla qanunazidd vergitutma əməliyyatları aparıblar.
Həmin şəxslər Vergi Məcəlləsinin müddəalarının tələblərini pozaraq müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etmədən xüsusilə külli miqdar təşkil edən vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınıblar.
İstintaq İldırım Cabbarovun Fariz Zeynalov və Vüqar Məmmədovla birlikdə rəhbərlik etdiyi 12 müəssisə üzrə xüsusilə külli miqdar təşkil edən – 1 milyon 192,5 min manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayındığını və Cinayət Məcəlləsinin (CM) 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətdiyini müəyyən edib.
20 noyabr 2021-ci il tarixdə İ.Cabbarovun CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilməklə ona ittiham elan olunub və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.11.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin və digərlərinin cinayət işi 27.04.2022-ci il tarixdə ittiham aktı ilə Baş Prokurorluğa təqdim olunub, oradan isə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Hazırda cinayət işi Yasamal Rayon Məhkəməsində baxılır.
Bu, Cabbarov İldırım Əmirxan oğlunun vergiləri ödəməkdən yayınma ilə əlaqədar ilk əməli deyil. Belə ki, Yasamal Rayon Məhkəməsinin 09.07.2013-cü il tarixli hökmü ilə o, CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin məhkəmənin 17.04.2015-ci il tarixli hökmü ilə isə əvvəlki cəza nəzərə alınmaqla 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət tərkibi yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək", - deyə Dövlət Vergi Xidməti bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















