İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standart əsasında AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” dövlət standartı qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, iş fəaliyyətinin davamlılığının təmin edilməsi uğurlu idarəetmənin əsasını təşkil edir. Hər bir müəssisə, təşkilat və biznes subyekti fəaliyyətin pozulmasına səbəb olan hadisələrlə qarşılaşa bilər. Bu zaman potensial riskləri və bu risklərin fəaliyyətə təsirlərini müəyyən edən, o cümlədən maraqlı tərəflərin maraqlarını və nüfuzunu qorumaqla təşkilatın dayanıqlığının təmin edən vahid idarəetmə sisteminə zərurət yaranır.
Bu standart dövlət qurumlarında, özəl müəssisə və təşkilatlarda, səhiyyə müəssisələrində, tikinti şirkətlərində xüsusilə bank, sığorta və telekommunikasiya kimi müəyyən sahələrdə iş fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi böyük əhəmiyyətə malikdir. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəedilməsi təşkilatda baş verə biləcək potensial risklərin və fəaliyyət pozulmalarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə imkan verəcək. Standartın tətbiqi müəssisə və təşkilatlarda iş fəaliyyətinin (biznesin) davamlılığının təmin edilməsinə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsinə, elektron xidmətlərin sayının artırılmasına şərait yaradacaq.
Standart iş fəaliyyətinin (biznesin) pozulmalarından qorunmaq, onların baş vermə ehtimalını azaltmaq, bu cür hallara hazırlaşmaq, baş verdikdə əks tədbir görmək və bərpa olunmaq məqsədilə idarəetmə sisteminin həyata keçirilməsi, təmin edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir. Sözügedən standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























